Qazilərimizlə növbəti görüş keçirilib

Məktəbimizin yetirməsi olan Məmmədtağı Allahverdiyev II Qarabağ müharibəsi iştirakçısıdır. O, Fizuli, Xocavənd, Cəbrayıl, Zəngilan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Şagirdlərdə vətənpərvərlik ruhunun inkişaf etdirilməsi məqsədilə qazilərimizin onlara tanıdılması atılan addımlardan biridir. Bu səbəblə də M.Allahverdiyevlə görüş təşkil edilmiş və şagirdlərlə keçirilən onlayn tədbirlərdə qazimizin döyüş xatirələri dinlənilmişdir.
https://youtu.be/brPh1nwIm30