Pedaqoji şuranın I yarımilin yekunlarına həsr olunmuş iclası keçirilib

Virtual məktəb platformasında məktəb rəhbərliyinin təşkilatçılığı ilə Pedaqoji şuranın I yarımilin yekunlarına həsr olunmuş iclası keçirilib. İclası giriş sözü ilə açan məktəbin direktoru G.Rüstəmova 2020/21-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflərin həyata keçirilməsi vəziyyəti haqqında danışdı və Azərbaycan Respublikası Təhsil Nazirinin 29.01.2021-ci il tarixli F21, BŞTİ-nin F-19 nömrəli əmrlərini kollektivə şərh etdi. Sonra məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ş.Abasovanın 2020/21-ci tədris ilinin birinci yarımili üzrə nəticələri, xüsusi istedadı olan şagirdlər və zəif oxuyan şagirdlərlə aparılmış iş, birinci yarımildə şagirdlərin əyani və distant dərsə davamiyyəti və digər cari məsələlər üzrə hesabatı dinlənildi. Təlim-tərbiyə işləri üzrə direktor müavinlər T.Hacıyeva, K.Qiyasova, tərbiyə işləri üzrə direktor müavini X.Fərəcova I yarımildə yerinə yetirilmiş işlər barədə hesabatlarını kollektivin diqqətinə çatdırdılar. Hesabat ətrafında müzakirələr aparıldı. Cari dərs ilinin ikinci yarımilində qarşıda duran hədəflərə dair qərarlar qəbul edildi.
Birinci yarımildə təlim və tərbiyə prosesində fəal iştirakı ilə fərqləndiklərinə görə Həmkarlar Komitəsi tərəfindən təltif olunan müəllimlər kollektivə təqdim edildilər. Həmin müəllimlərə və ümumiyyətlə öz aktivliyi ilə seçilən digər müəllimlərə məktəb rəhbərliyinin təşəkkürü elan edildi.