Əyani qiymətləndirilmələr aparılır

2020/21-ci tədris ili çərçivəsində Xüsusi karantin rejimi dövründə distant qiymətləndirmələrdə bu və ya digər səbəbdən iştirak edə bilməyən şagirdlər üçün əyani qiymətləndirilmələr aparılır. 01.02.2021-ci il tarixdən başlayan qiymətləndrmələr məktəb rəhbərliyinin nəzarəti altında onlar tərəfindən tərtib olunmuş cədvəl əsasında aparılır. Ümumilikdə məktəb üzrə 333 şagirdin əyani qiymətlənmədə iştirak edəcəyi müəyyən olunub.