20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.01.2021-ci il tarixli F-06 nömrəli əmrinin yerinə yetirilməsi məqsədilə məktəbdə silsilə tədbirlər keçirilir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru G.Rüstəmova bildirmişdir ki, 20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirilmişdir. Sonra şagirdlər şeirlər səsləndirmiş, mövzu ətrafında müzakirələr aparmışlar. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində qəhrəmanlıq səlnaməsində xüsusi yer tutan 20 Yanvar Faciəsinin təbliğinin əhəmiyyəti böyükdür. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi