Respublika Fənn Olimpiadasının məktəb turu keçirilib

16.01.2021-ci il tarixdə məktəbin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə Respublika Fənn Olimpiadasının məktəb turu keçirilib. Olimpiadanı məktəbin direktoru G.Rüstəmova açıq elan edərək şagirdlərə uğurlar arzu edib. MC Teams platformasında təşkil edilən olimpiadada əllidən yuxarı şagird iştirak edirdi. Test şəklində tərtib edilmiş tapşırıqlar məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ş.Abasova tərəfindən sistemləşdirilib, https://www.zipgrade.com proqramında, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini T.Hacıyeva tərəfindən siniflər və fənlər üzrə yerləşdirilib. Sonra həmin linklər olimpiada başlayanda şagirdlərə təqdim olunub. Şagirdlər onlar üçün ayrılmış vaxt ərzində sualları cavablandırarkən olimpiadanın gedişatı canlı izlənilib. Məktəb rəhbərliyi ilə yanaşı məktəbin müəllimləri T.Tağıyev, G.Əlliyeva, T.Kərimova olimpiada gedişinə nəzarət ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi