İngilis dili aylığı keçirilir

Məktəbin fəaliyyət planına əsasən yanvar ayında ingilis dili fənni üzrə aylıq çərçivəsində virtual açıq dərslərin keçirilməsinə başlanılıb. 5ç sinfində 12.01.2021-ci il tarixdə fənn müəllimi N.Məmmədəliyevanın təşkilatçılığı ilə açıq dərs keçirildi. Dərsin dinlənilməsində  məktəb rəhbərliyi və fənn metodbirləşmə sədri iştirak edirdi. Şagirdlər dərs zamanı mövzu ətrafında tapşırıqlar yerinə yetirir və müəllimin suallarına düzgün cavab verirdilər. 5ç sinfində keçirilən dərs qənaətbəxş hesab edilmişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi