IX sinif valideynləri ilə görüş keçirilib

2020/2021-ci tədris ili çərçivəsində məktəbin IX sinif valideynləri ilə Teams platforması üzərindən videokonfrans formatında növbəti görüş keçirilib. IX siniflərin hər biri ilə ayrı-ayrılıqda təşkil olunmuş görüşdə şagirdlərin dərslərdə iştirakı ilə bağlı məsələlər, buraxılış imtahanlarına hazırlığın vəziyyəti barədə müzakirələr aparılmışdır. Fənn müəllimləri və sinif rəhbəri təhsil səviyyələri qismən zəif şagirdlər üçün həftədə 3 dəfə olmaqla əlavə məşğələlərin təyin olunmasını valideynlərin diqqətinə çatdırdı. Məktəbin direktoru G.Rüstəmova valideynlərə və müəllimlərə müvafiq tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi