"Qarabağ ədibləri və ədəbiyyatı" adlı tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi" haqqında "Fəaliyyət Planının təsdiqi barədə" 16.11.2020-ci il tarixli F-512 nömrəli Əmrinin icrası məqsədilə şagirdlərimizin iştirakı ilə "Qarabağ ədibləri və ədəbiyyatı" adlı tədbir keçirilib. Tədbir layihə xarakterli olub, müxtəlif ədiblərin həyat və yaradıcılığını əks etdirmişdir. Tədbirin videoçarxı məktəbimizin şagirdi Vamiq Məmmədəliyev tərəfindən hazırlanmışdır. Şagirdlərimiz işğaldan azad edilmiş ərazilərimizin tarixi keçmişi, ədəbiyyatı, coğrafiyası ilə bağlı geniş araşdırma işləri aparmaqda davam edirlər.