IX sinif rəhbərləri ilə növbəti iclas keçirilib

06.01.2021-ci il tarixdə məktəbin IX sinif rəhbərləri ilə Teams platforması üzərindən videokonfrans formatında növbəti iclas keçirilib. Məktəb rəhbərliyinin təşkilatçılığı ilə keçirilən iclasda IX siniflərdə dərs deyən Azərbaycan dili, ingilis dili və riyaziyyat fənn müəllimləri də iştirak edirdi.  Əvvəlcə IX siniflərdə Teams platforması üzərindən keçirilən dərslərin vəziyyəti haqqında sinif rəhbərlərinin hesabatı, sonra isə zəif şagirdlərlə bağlı təşkil olunmuş əlavə dərslərin keçirilmə vəziyyəti barədə fənn müəllimlərinin hesabatı dinlənildi. Sonra "Şagird-məzun" sistemində problemi olan şagirdlərlə bağlı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini T.Hacıyevanın; dərslərdə zəif iştirak edən şagirdlərlə bağlı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini  Ş.Abasovanın hesabatları dinlənildi. Sonda məktəbin direktoru G.Rüstəmova çıxış edərək qeyd olunan problemlərin həlli ilə bağlı öz tövsiyələrini verdi və bildirdi ki, məktəb üzrə keçirilən dərslərlə yanaşı IX siniflərin dərslərdə iştirakı xüsusi nəzarətindədir. Qərara alındı ki, nəticələri zəif olan şagirdlərlə və valideynləri ilə aparılan iş daha da aktivləşdirilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi