"Dastana Dönən Şəhidim" adlı tədbir keçirilib

Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi məqsədilə 30.12.2020-ci il tarixdə Xudayar Yusifzadənin xatirəsinə həsr edilmiş "Dastana Dönən Şəhidim" adlı onlayn tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi ilə bərabər, hərbi rəhbər T.Maçanov, fiziki tərbiyə müəllimi və fənn metodbirləşmə rəhbəri C.Yolçiyev, Bakı Şəhər Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodisti E.Quliyev və Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə iştirak etmişdir. Məhəmməd bəy şəhidimiz Xudayar haqqında şagirdlərin suallarına cavab vermiş, Vətən müharibəsində qazanılmış qalibiyyət və bu yolda canından keçmiş şəhidlərimiz haqqında danışmışdır. Sonda isə şagirdlərin iştirakı ilə hazırlanan videoçarx nümayiş etdirilmişdir.