Həmrəylik günü münasibətilə tədbir keçirilib

30.12.2020-ci il tarixdə məktəb rəhbərliyinin təşkilatçılığı ilə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" münasibətilə videokonfrans formatında tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra məktəbin direktoru G.Rüstəmova çıxış edərək bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü xalqımızın tarixində ən yadda qalan, ən şərəfli günlərindən biridir. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması ilə qoyulub. Həmrəylik günü tarixi qədim xalqımızın birləşmək istəyinin simvolik nişanıdır. Tədbirdə direktor müavinləri Ş.Abasova, T.Hacıyeva, X.Fərəcova, məktəbin hərbi rəhbəri T.Maçanov, məktəb həmkarlar komitəsinin sədri R.Balakişiyeva, müəllimlər T.Tağıyev, R.Əsgərova və digərləri çıxış edərək Həmrəylik günün ilə bağlı fikirlərini bölüşdülər. Sonra şagirdlərimiz tərəfindən hazırlanmış videoroliklər nümayiş etdirildi.