"Qarabağ Azərbaycandır!" adlı açıq dərs keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi" haqqında "Fəaliyyət Planının təsdiqi barədə" 16.11.2020-ci il tarixli F-512 nömrəli Əmrinin icrası məqsədilə 5b sinif şagirdləri ilə "Qarabağ Azərbaycandır!" adlı açıq dərs keçirilib. Məktəbin rus dili müəllimi X.Heydərovanın təşkilitçılığı ilə keçirilən dərs Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlərin Vətən müharibəsinə həsr edilmiş çıxışlarından ibarət video nümayiş etdirildikdən sonra söz məktəbin direktoru G.Rüstəmovaya verildi. O, çıxış edərək tədbir iştirakçılarını Qələbə münasibətilə təbrik etdi və şagirdlərimizə öz tövsiyyəsini verdi. Şagirdlərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında Vətən müharibəsi iştirakçılarının tanıdılmasının böyük əhəmiyyəti vardır.