"Məzunumuz Qarabağ qazisidir" adlı silsilə tədbirlər keçirilir

Məktəbin rus dili müəllimi X.Heydərovanın təşkilatçılığı ilə "Məzunumuz Qarabağ qazisidir" adlı silsilə tədbirlər keçirilir. İlk qazimiz İbrahimov Fərhad Fuad oğlu ilə teams proqramında videokonfrans formatında görüş təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edirdi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra X.Heydərova çıxış edərək tədbir iştirakçılarını salamladı və Qələbə münasibətilə hər kəsi təbrik etdi. Şəhidlərimizn əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra söz qazimizə verildi. F.İbrahimov döyüş xatirələrindən söz açaraq bildirki ki, yalnız irəli getməyi və qələbə qazanmağı düşünürdük. Sonra söz məktəbin direktoru G.Rüstəmovaya verildi. O, çıxış edərək bildirdi ki,  Vətən müharibəsində qazanılmış Qələbə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və Ali Baş Komandan İlham Əliyevin uğurlu kadr təyinatının, düzgün və vaxtında verilmiş qərarlarının nəticəsidir.  Şagirdlərin təqdimatında dinlənilən şeirlərdən sonra söz qazimizin anası və həm də  məktəbimizin ibtidai sinif müəllimi Zülfiyyə xanıma verildi. O da qeyd etdi ki, illərlə şagirdlərə vətənpərvərlik ruhunda verdiyi tərbiyə  bəhrəsini öz oğlunun timsalında vermişdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi