"Qarabağ Azərbaycandır!" adlı intellektual yarışmanın məktəb mərhələsi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Qarabağ Azərbaycandır!" adlı intellektual müsabiqənin təşkili və keçirilməsi barədə 04.12.2020-ci il tarixli F-246 nömrəli əmrinin icrası məqsədilə 12.12.2020-ci il tarixdə məktəb mərhələsi keçirilib. Videokonfrans formatında təşkil olunan müsabiqəyə 8-11-ci sinif şagirləri içərisindən seçilmiş 13 iştirakçı qoşulmuşdu. Teams portalında keçirilən yarışma 4 mərhələdən ibarət oldu. Şagirdlər həm yazılı həm şifahi olmaqla verilən sualları cavablandırdılar. Sonda məktəbin 11c sinif şagirdi Dadaşlı Nuray birinci yeri qazandı. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edirdi.