Pedaqoji şuranın növbəti iclası keçirilmişdir

28.11.2020-ci il tarixdə məktəb rəhbərliyinin təşkilatçılığı ilə Pedaqoji Şuranın videokonfrans formatında növbəti iclası keçirilmişdir. Teams platforması üzərində təyin edilmiş iclası çıxış sözü ilə məktəbin direktoru G.Rüstəmova açaraq Vətən müharibəsində müzəffər ordumuzun şanlı qələbəsi münasibətilə kollektivə öz təbriklərini çatdırdı. Qələbənin qazanılmasında canlarından keçən şəhidlər yad edildi, hazırda doyüş bölgələrində olan əsgərlərə sağ-salamat evlərinə dönmələri arzu edildi. Sonra "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri kollektivin diqqətinə çatdırıldı. Fəaliyyət planının yerinə yetirilməsi ilə bağlı məktəbin hərbi rəhbəri T.Maçanov, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş.Abasova,T.Hacıyeva öz qeydlərini kollektivin diqqətinə çatdırdılar. İşğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, adət-ənənələri, tanınmış şəxsiyyətləri barədə məlumatların dərslərə inteqrasiyası, vətənpərvərlik mövzusunda təqdimatların, videoçarxların hazırlanması, şagirdlər arasında aparılacaq maarifləndirici təlimlərin təşkili haqqında müvafiq təlimatlandırma aparıldı.
Fəaliyyət Planında yerinə yetirilməsi məqsədəuyğun hesab edilmiş tədbirlərin virtual qaydada həyata keçirilməsi ilə bağlı onlayn müzakirələr aparıldı və müəllimlərin fikirləri dinlənildi.