Əhmədiyyə Cəbrayılova həsr olunmuş dərs keçirilmişdir

Böyük Vətən müharibəsi qəhrəmanı Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi münasibətilə məktəbimizdə tədbirlər planı hazırlanmışdır. Bununla əlaqədar olaraq məktəbin tarix müəllimi Gülşən Əliyevanın təşkilatçılığı ilə videokonfrans formatında açıq dərs keçirilmişdir. Müəllim 9a sinfində təşkil olunmuş dərsi Vətən müharibəsində qazanılmış qələbə təbriki ilə açdı. Sonra Böyük Vətən müharibəsi haqqında, həmçinin Ə.Cəbrayılovun şanlı ömür yolu və qəhrəmanlıqları barədə geniş məlumat verdi. Şagirdlər mövzu haqqında diskusiya keçirdilər.