Qələbələr şagirdlərimizin gözü ilə

Şagirdlərdə Vətənpərvərlik hissinin aşılanması məqsədilə onlarla davamlı olaraq söhbətlər aparılır. Vətənimizin tarixi, dünəni və bu günü, əldə edilmiş uğurlar haqqında şagirdlərlə aparılan müzakirələr onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir. "Bu gün hər kəs bacardığı qədər əsgərdir" devizi altında şagirdlərimiz 27 sentyabrdan başlamış Vətən müharibəsinə öz tövhələrini verirlər. Onlar videoçarxlar, divaq qəzetləri hazırlayaraq əsgərlərimizə öz həmrəyliyini bildirirlər.