"9 Noyabr Dövlət Bayrağı günü" qeyd edilmişdir

Məktəb rəhbərliyinin təşkilatçlığı ilə MC Teams portalında, videokonfrans formatında 9 Noyabr "Dövlət Bayrağı günü" münasibətilə tədbir keçirilmişdir.  Tədbiri giriş sözü ilə məktəbin direktoru G.Rüstəmova açaraq tədbir iştirakçılarını "Bayraq günü" və Şuşada qazanılmış qələbə münasibətilə təbrik etmişdir. O, Vətən müharibəsində şəhid olmuş oğullarımıza Allahdan rəhmət diləyərək, Bayraq gününün  yaranma  tarixi barədə qısa məlumat vermişdir. G.Rüstəmova  qeyd etmişdir ki, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində  biz bu gün öz milli mənliyimizin ayrılmaz parçası olan Qarabağa yenidən qovuşuruq, 30 ilə yaxın düşmən tapdağında olan torpaqlar yenidən xalqımızın olur.  Sonra şagirdlər tərəfindən hazırlanmış  təqdimatlar nümayiş etdirilmişdir. Bayram münasibətilə  məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş.Abasova, T.Hacıyeva, X.Fərəcova, həmçinin müəllimlər də öz təbriklərini tədbir iştirakçılarına çatdırmışlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi