Pedaqoji Şuranın iclası keçirilmişdir

03.11.2020-ci il tarixdə Pedaqoji Şuranın videokonfrans formatında iclası keçirilmişdir. İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:
1. Distant dərslərin tədrisi ilə bağlı növbəti təlimatlandırma;
2. Mövcud Pandemiya şəraitində valideynlərlə aparılacaq maarifləndirmə işinin təşkili;
3. Sinif jurnallarının yazılması ilə bağlı müvafiq tövsiyələr.
4. Cari məsələlər.
İclası giriş sözü ilə məktəbin direktoru G.Rüstəmova açdı. O, ölkədəki hərbi vəziyyətlə bağlı fikirlərini söyləyərək, iclas iştirakçılarını Vətən müharibəsində qazanılmış qələbələrə görə təbrik etdi və bu haqq mübarizəsində şəhid olanlara Allahdan rəhmət dilədi. Sonra G.Rüstəmova 30.10.2020-ci il tarixdə BŞTİ rəhbərliyinin təşklatçılığı ilə keçirilən iclasda toxunulmuş məsələlər barədə geniş məlumat verdi.
Gündəlik məsələ ətrafında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş.Abasova, T.Hacıyeva və K.Qiyasova çıxış edərək, sinif rəhbərləri və fənn müəllimlərinə müvafiq təlimatları çatdırdılar.
İclasın sonunda müəllimlər virtual dərslərin təşkili, sinif jurnallarının yazılması və digər məsələlərlə bağlı fikirlərini bildirdilər.