Bilik günü keçirilmişdir

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə müəllim və şagird kollektivi ilə birgə videokonfrans formatında "Bilik günü" qeyd edilmişdir. Tədbirdi çıxış sözü ilə məktəbin direktoru G.Rüstəmova açaraq şagird və müəllimləri təbrik etmiş və onlara Pandemiya dövründə müvafiq qaydaları açıqlamışdır. Sonra şagirdlərin təqdimatında video roliklər nümayiş etdirilmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş.Abasova, K.Qiyasova, T.Hacıyeva, eləcə də tərbiyə işləri üzrə direktor müavini X.Fərəcova da şagirdlərə öz təbriklərini çatdırmışlar.