Xocalı
XX əsrin sonunda dünyanin gözü qarşısında baş vermiş bele kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyət və insanlığa qarşı törədilmiş cinayət idi. Xocalı qirğını törətməklə erməni millətçiləri hiyləgər siyasi və taktiki məqsədlər güdürdülər.Onlar bununla xalqımızın mübarizə əzmini qirmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin düşmənin niyyətləri baş tutmadı, xalqımızın öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə yüksək iradə və qəhrəmanlıq nümunəsi göstərdi.