Maraqlı dərs-5 d

2025-ci il 18 sentyabr tarixində Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 5 d sinif şagirdləri "Rəqəmsal bacarıqlar" fənnindən maraqlı və interaktiv dəstək dərsi keçiblər.
Dərs fənn müəllimi Afilə Yusifovanın təqdimatında keçirilib. O, şagirdlərə rəqəmsal alətlərdən düzgün istifadə qaydaları, informasiya təhlükəsizliyi və rəqəmsal etika barədə ətraflı məlumat verib.
Şagirdlər dərsdə fəal iştirak edib, verilən tapşırıqları maraqla yerinə yetiriblər.