Azərbaycan dili və Ədəbiyyat fənləri üzrə Metodbirləşmə iclası keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə Metodbirləşmə rəhbəri və V və VI sinif müəllimləri, məktəbin direktoru Ruhiyyə İbrahimova ilə görüş keçirmişlər.

Görüş zamanı tədris prosesində qarşıya çıxan məsələlər müzakirə olunmuş, metodik yanaşmalar, dərs prosesində tətbiq olunan yeni üsullar və müəllimlərin peşəkar inkişafına dair təkliflər səsləndirilmişdir. 

Metod birləşmə rəhbəri və fənn müəllimləri ilə aparılan fikir mübadiləsi nəticəsində yeni tədris ilində həyata keçiriləcək fəaliyyət planları da müəyyənləşdirilmişdir.

Bu cür görüşlər müəllimlərin qarşılıqlı əməkdaşlığını və tədris keyfiyyətinin yüksəldilməsini təşviq edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi