Diaqnostik qiymətləndirmə

2025-ci il sentyabr ayının 16-da Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 8-ci sinfində, “Ümumi tarix” fənni üzrə diaqnostik qiymətləndirmə keçirilmişdir.
Qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, həmçinin tədris prosesində fərdi yanaşmanın formalaşdırılması məqsədilə aparılmışdır.
Sinif rəhbəri Quliyeva Şəhnaz şagirdlərin imtahanda fəal iştirak etdiyini və əksəriyyətinin müsbət nəticə göstərdiyini bildirmişdir.
Qiymətləndirmənin nəticələri əsasında fənn müəllimi tərəfindən əlavə tapşırıqlar və fərdi dəstək proqramı hazırlanacaq.