Məktəbimizə yeni təyin olunan metodist ilə müəllimlərin görüşü

Məktəbimizə yeni təyin olunmuş metodist Babayeva Vəfa ilə ibtidai sinif, ana dili və xarici dil müəllimlərinin ilkin tanışlıq görüşü keçirilmişdir.
Görüş zamanı müəllimlərə göstəriləcək metodik xidmətin faydaları və üstünlükləri barədə ətraflı məlumat verilmiş, həmçinin onlara ilkin metodik tövsiyələr təqdim olunmuşdur.
Qeyd edək ki, Babayeva Vəfa eyni zamanda məktəbimizin müəllimlərindən biridir.
Bu cür görüşlər müəllimlərimizin peşəkar inkişafı və tədris keyfiyyətinin artırılması baxımından olduqca vacibdir.