2025-2026 cı- ilin ilk pedaqoji şura iclası keçirildi

Yeni tədris ilində ilk Pedaqoji Şura iclası keçirilib
10 sentyabr 2025-ci il tarixində akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə 2025–2026-cı tədris ilinin ilk Pedaqoji Şura iclası keçirilib. İclasın açılışını məktəbin direktoru Ruhiyyə İbrahimova çıxış edərək gündəlikdə olan məsələlərlə iştirakçıları tanış edib.
Direktor müavini Lətifə Mustafayeva, sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı Aslanova Şəmsiyyənin iştirakı ilə keçirilən iclasda aşağıdakı əsas məsələlər müzakirə olunub:
1.Məktəbə yeni təyinat almış metodistin təqdimatı
2. Dərs bölgüsü
3. Payız imtahanına qalan şagirdlər
4. Davamiyyət, keyfiyyət və hədəflər
5. Fəaliyyət planı
6. Dərnəklərin təşkili
7. Məktəbin iş rejimi
8. İcma ilə iş
9. Cari və təşkilati məsələlər
İclasda 2024–2025-ci dərs ilinin yekunları, IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri, ali məktəblərə qəbul göstəriciləri və monitorinq nəticələri təhlil olunub. Eyni zamanda 2025–2026-cı tədris ilinə dair əsas hədəflər, metodiki şura və fənn metodbirləşmələrinin təşkili, dərs saatlarının və vəzifə bölgülərinin təsdiqi, növbətçi müəllimlərin və sinif rəhbərlərinin fəaliyyət planları da müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.
İclas işgüzar və məhsuldar şəraitdə keçib.
#ElmvəTəhsilNazirliyi #BakıŞəhərTəhsilİdarəsi #EduAz #BakuEduAz #MÜTDA #BŞTİ #MədəniyyətTV #112Məktəb #Müəllim #Məktəb #Şagird #iclas