HİPPO BEYNƏLXALQ İNGİLİS DİLİ OLİMPİADASINDA III YER

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 2 Ç sinif şagirdi Qasımlı İnci Əhliman qızı 14 iyun 2025 ci - il tarixində Özbəkistanın Səmərqənd şəhərində keçirilən HIPPO Beynəlxalq İngilis dili Olimpiadasının regional finalında III yeri tutmuşdur. Bu regional finalda 10 ölkə - Əfqanıstan, Belarus, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Azərbaycan, Tacikistan, Türkmənistan, Özbəkistan ölkələri iştirak edirdi.Şagirdimizə uğurlar arzulayırıq!