“Öyrənmə saatı-112”- XII

Məktəbin inkişaf planına uyğun olaraq hər həftənin cümə günləri axşam saat 20:00 da “Öyrənmə saatı-112” adı altında müəllimlərin peşəkar inkişafını dəstəkləmək üçün görüş keçirilir.On üçüncü görüş "Məktəbaxili qiymətləndirmə nəticələrindən istifadə " mövzusuna həsr edilib. Məktəbin tarix müəllimi Əsədov Rihaz mövzuya keçmədən öncə beyin həmləsi etdi.Sonra isə görüşün mövzusu ətrafında diskusiya açdı və mövzuya uyğun təqdimat etdi. Sonda yenə də müəllimlər fikir mübadiləsi etdilər. Görüşdə müəllimlər aktivlik nümayiş etdirdilər və faydalı rəylərə görə təşəkkür etdilər.