Son Zəng - "Əlvida məktəb Salam gələcək"

✨ Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Ruhiyyə İbrahimova çıxış edərək bildirdi ki, Əziz məzunlarımız, məktəb həyatınızın bu unudulmaz günündə sizləri səmimi qəlbdən təbrik edir, həyat yolunuzda uğurlar arzulayıram! Bu məktəb sizə yalnız bilik deyil, həm də dostluq, qayğıkeşlik, dəyərlər və gələcəyə inam aşılayıb. Sizlər bizim qürurumuzsunuz, əziz şagirdlərimiz! Hər birinizə sağlam, uğurlu, xoşbəxt gələcək diləyirəm. Yolunuz açıq, işıqlı olsun! Son zənginiz mübarək!