"Tariximiz Gələcəyimizdir" adlı bilik yarışının final mərhələsi keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə tarix müəllimi Şahnaz Quliyevanın təşkilatçılığı ilə VIII siniflər arasında "Milli Qurtuluş Günü" nə həsr edilmiş "Tariximiz gələcəyimizdir" adlı bilik yarışının final mərhələsi keçirilmişdir. Final mərhələsi VIII A və VIII C sinif şagirdlərinin başa - baş mübarizəsi ilə keçmişdir. Nəticədə VIII A sinif şagirdləri cüzi fərqlə qalib gəlmiş və məktəb rəhbərliyi tərəfindən diplom və kubokla mükafatlandırılmışdır. Şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq.