Öyrənmə saatı 112 - XII

Məktəbin inkişaf planına uyğun olaraq hər həftənin cümə günləri axşam saat 20:00 da “Öyrənmə saatı-112” adı altında müəllimlərin peşəkar inkişafını dəstəkləmək üçün olan görüş, "Qurban bayramı"na təsadüf etdiyinə görə bu gün keçirildi.On ikinci görüş "Məktəbdə sağlamlığı,texniki təhlükəsizliyi və mühafizəni təmin etmək üçün görülən tədbirlər" mövzusuna həsr edilib. Məktəbin fiziki tərbiyə müəllimi Ağarzayeva Narxanım mövzuya keçmədən öncə beyin həmləsi etdi.Sonra isə görüşün mövzusu ətrafında diskusiya açdı və mövzuya uyğun təqdimat etdi. Sonda yenə də müəllimlər fikir mübadiləsi etdilər. Görüşdə müəllimlər aktivlik nümayiş etdirdilər və faydalı rəylərə görə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi