Azadlıq yolu

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri İlahə Abdullazadə və Vüsalə Əliyevanın təşkilatçılığı ilə paytaxt və regionların bir sıra məktəblərinin şagirdlərinin iştirakı ilə 20 YANVAR ÜMUMXALQ HÜZN GÜNÜ ilə əlaqədar Microsoft Teams platforması üzərindən online tədbir təşkil olundu.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra şagirdlərin hazırladıqları videoçarx və şeirlər dinlənildi, rəsmlər nümayiş olundu.

Müəllimlər şagirdlərə faciə ilə əlaqədar geniş məlumat verdilər.

Çıxış edən Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli məktəbin direktoru Xədicə xanım Babayeva şəhidlərin ruhuna hörmət və ehtiramını bildirərək, Allahdan onlara rəhmət dilədi. Şəhidlik zirvəsinin müqəddəsliyi haqqında ətraflı məlumat verdi.

Çıxış edən 130 nömrəli məktəbin direktoru Təhminə xanım Mahmudova şəhidlərimizin daim qəlbimizdə yaşadığını, məhz onların qanı bahasına əldə olunan azadlıq mübarizəsindən danışdı.

Çıxış edən Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin direktor müavini Həsən Bərxudarov Azərbaycan xalqının və dövlətinin şəhidlərimizi hər zaman uca tutduğunu, onların ailələrinə daim qayğı göstərildiyini vurğuladı.

Çıxış edən İsmayıllı rayonu Ağbulaq kənd şəhid Z.Mehdiyev adına məktəbin ədəbiyyat müəllimi Əflatun Baxışov 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşərək şəhidlərə Allahdan rəhmət dilədi.

Çıxış edən digər müəllimlər faciə haqqında şagirdlərə ətraflı məlumat verdilər.

Tədbirdə Sabunçu rayonu ,112, 130, 255, Abşeron rayon Güzdək qəsəbəsi tam orta məktəbi və İsmayıllı rayon Ağbulaq kənd ümumi orta məktəbinin müəllim və şagird kollektivi həmçinin Sabunçu rayon KA regional mərkəzinin rəhbəri Sərxan Şahverdiyev, Vətən müharibəsinin könüllü iştirakçısı qazi Adəm Tağıyev, İlkin Abdullayev iştirak edirdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin !

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi