Xocalı Memorial soyqırım muzeyinə ekskursiya

  7a sinif şagirdləri (müəllim Rəcəbova Könül) Xocalı Memorial soyqırım muzeyində ekskursiyada oldular. Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən müxtəlif eksponatlarla tanış oldular. Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib. Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir.Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunub. Bu eksponatlar şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi