Bakıda 33 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir

    2025-2026-cı dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə alternativ qeydiyyat mərkəzi  olaraq www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara xitmət göstərilir. 

Vətəndaşlar alternativ qeydiyyat üçün  həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur. Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər.

    Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 12-nə qədər davam edəcək.  

https://baku.edu.gov.az/az/page/9/7716

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi