İntellektual yarış keçirildi

Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 102 illiyi münasibətilə fizika, kimya və biologiya fənləri üzrə intellektual bilik yarışı təşkil olundu. Yarışda ümumilikdə 10 komanda iştirak etdi.
Şagirdlər fənlər üzrə biliklərini nümayiş etdirdilər, məntiqi və analitik düşüncə bacarıqlarını sərgilədilər. Münsiflər heyəti tərəfindən yarışın qalibi olaraq “Gələcəyin alimləri” komandası seçildi. Qaliblər və fərqlənən komandalar mükafatlandırıldılar.
Tədbirin əsas məqsədi şagirdlərin elmi biliklərini dərinləşdirmək, komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirmək və ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək idi.