STEAM sərgisi təşkil olundu

  12 fevral 2024-cü il tarixində məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olundu. Bu sərgidə STEAM tədris olunan bütün siniflər öz əl işlərini təqdim etdilər. Belə ki, V a sinfindən Əliyeva Səbinə, Əhmədzadə Xədicə “Əyləncə parkı” ,“Körpü”, VI b sinif şagirdi Quliyeva Emilya, Şıxbalayev Adil şpris ilə işləyən yük qaldıran qurğu, tinkerkad üzərindən robot, VII a sinifdən Əbdürrəhmanov Ehtiram, Əliyev İskəndər, Haşumlu Günay müxtəlif layihələr ( Zəfər günü ilə əlaqədar Tinkercadda maket), VII ç sinfindən Mehdiyeva Sevil, Rzayeva Əsna , Kərimzadə Mehdi “ Kosmik raket” modeli və digər eksponatlar hazırlamışlar. VII a sinfi “Təbii zəkadan süni zəkaya” adlı divar qəzeti təqdim etdi. Bütün əl işləri şagird və müəllimlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi