Təsviri incəsənət fənnindən nümunəvi dərs keçirildi

  8ç sinfində təsviri incəsənət fənnindən "Böyükağa Mirzəzadə: füsunkar rənglər dünyası" mövzusunda fəal təlim metodlarına əsaslanan nümunəvi dərs keçirildi. Fənn müəllimi Pənahova Aybəniz mövzunun izahında müxtəlif video və foto nümunələrindən, eləcə də dərsin gedişində bir neçə təlim metodlarından (BİBÖ, klaster, venn diaqramı və s) istifadə etdi. Qrup üzvləri tədqiqat işi zamanı, rəssamın yaradıcılığı ətrafında müzakirələr apardılar. Eyni zamanda, verilən yaradıcı tapşırığı müxtəlif rəngkarlıq texnikaları ilə icra etdilər. Şagirdlər öncədən elan edilən meyarlara əsasən qiymətləndirildilər.

Nümunəvi dərsi müşahidə edən rəhbərlik nümayəndələri dərsin bütün mərhələlərini yüksək qiymətləndirdilər.

https://youtu.be/-QuGbWn38vc?feature=shared

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi