2023-2024-cü tədris ilinin hesabatları dinlənildi.

Məktəbimizdə 29.01.2024/30.01.2024-cü il tarixində valideyn iclası, 31.01.2024-cü il tarixində isə pedaqoji şura təşkil olunmuşdur.
Pedaqoji şurada aşağıdakı məsələlərə toxunulmuşdur:
- təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi, məktəb
psixoloqunun onlarla apardığı işin gücləndirilməsi;
- ümumi təhsil müəssisələrində təhlükəsizliyi təmin etmək üçün nəzarətin, mühafizə işinin
(kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmaması), növbətçiliyin gücləndirilməsi;
- şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin
gücləndirilməsi;
- müəllimlər və şagirdlərlə psixoloji maaarifləndirmə işinin gücləndirilməsi;
- ümumi təhsil müəssisələrində valideynlərlə işin artırılması;
- sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı işinə nəzarətin artırılması;
- ciddi təhlükə doğuracaq hər hansı hal müşahidə olunduğu təqdirdə, təlimata uyğunaddımların atılması və dərhal aidiyyəti qurumlara məlumatın verilməsi;
- görülmüş işlər və nailiyyətlərin mütəmadi olaraq ictimaiyyətin diqqətinə çatdırılması vəsosial şəbəkələrdə işıqlandırılması;
- müvafiq dövlət qurumları ilə birlikdə təhlükə doğuracaq halların qarşısının əvvəlcədənalınması ilə bağlı şagird və valideynlərin maarifləndirilməsi işinin təşkili;
- fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına riayət edilməsinə dair tədbirlərinkeçirilməsi;
- etik davranış qaydalarına görə müəllimlər arasında rəğbətləndirmə tədbirlərinin tətbiq
olunması.
-Pedaqoji şurada qəbul edilmiş qərarlara uyğun məsul əməkdaşlar müəyyənləşdirilsin və
qərarların icrası ilə bağlı hesabatlılıq təmin edilsin.
Sonda 2 fevral Gənclər günü münasibətilə ilə fərqlənən, fəal müəllimlər təltif edildi.