20 Yanvar faciəsini əks etdirən sərgi təşkil olunub

   1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.

  Hər il olduğu kimi bu il də 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil edildi. Belə ki, məktəbimizin istedadlı şagirdləri bu mövzuda kompozisiyalar təsvir edərək nümayiş etdirdilər. Müxtəlif texnikalarda işlənmiş rəsmlərdə şəhidlərimizin ölməzliyi, faciənin xalqımıza təsiri və s. nüanslar əks etdirilmişdir.

https://youtu.be/lpyTmNW6DZI?feature=shared

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi