“STEAM-dan sahibkarlığa” adlı yarış

   STEAM və informatika aylığı çərçivəsində müəllim Rəcəbova Könülün təşkilatçılığı ilə VIII siniflər arasında “STEAM-dan sahibkarlığa” adlı yarış keçirildi. Yarışda 5 komanda iştirak edirdi. Komandalar 3 bölmə üzrə - şirkəti tanı, sahibkarı tanı və sahibkarlıq fəaliyyəti bölmələri üzrə yarışdılar. İlk öncə komandalar yarışın qaydaları ilə tanış oldular. Oyun püşk atma ilə başladı. Komandalar ip uclarının köməyi ilə sualları cavablandırdılar. STEAM dərsində sahibkarlıq və sahibkarlar haqqında öyrəndikləri bilikləri nümayiş etdirdilər. Münsiflər heyəti qalibləri müəyyən etdi. Beləki, VIII b sinfinin komandası I yerə, VIII ç sinfinin komandası II yerə, VIII a sinfinin komandası isə I yerə layiq görüldülər. Qalib komandalar sertifikat və hədiyyələr ilə mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi