Zərərli vərdiş olan siqaret haqqında görüş
Məktəbin psixoloqu Bayramova Tükəzban 2024 cü ilin 15-16 yanvar tarixlərində, 8 ci sinif şagirdləri ilə zərərli vərdiş olan siqaret haqqında görüşlər keçirdi. Görüş prosesində şagirdlərin siqaret haqqında fikirləri dinlənildi. 2 qrupa bölünərək siqaretin lehinə və əleyhinə fikirlər söylədilər.Siqaret haqqında videoçarx nümayiş olundu. Sonda siqaretin ziyanlı tərəfləri açıqlandı və psixoloq şagirdlərə siqaret çəkmək əvəzinə daha hansı faydalı və maraqlı məşğuliyyətlərdən yararlanmağı məsləhət gördü.