"Xarici dil aylığı" çərçivəsində tədbir keçirildi

  Məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə "Xarici dil aylığı" çərçivəsində tədbir keçirildi. Şagirdlər müxtəlif dillərdə şeirlər, mahnılar səsləndirib, maraqlı səhnəciklərlə çıxış etdilər. Məktəbin "Ulduzlar" xor kollektivi "Merry Cristmas", "Jingle Bells" mahnılarını ifa etdilər. Tədbir boyunca şagirdlər öz xarici dil bacarıqlarını nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Nəriman Məmmədzadə çıxış edərək tədbir iştirakçılarını 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi