Növbəti pedaqoji şura iclası keçirildi

  27.04.2024-cü il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq növbəti pedaqoji şura iclası keçirildi. 

İlk öncə pedaqoji şura iclasınin gündəlik məsələləri pedaqoji heyətin nəzərinə çatdırıldı.

1. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimat məktubları pedaqoji heyətə çatdırması.

2. IX və XI sinif buraxılış imtahanlarının nəticələri və işin təşkili.

3. Müxtəlif olimpiada və müsabiqələrdə iştirak edən şagirdlərin nəticələrinin təşkili.

4. Sinif jurnallarının vəziyyəi , II yarımildə keçiriləcək böyük summativlərin keçirilməsi qaydası.

5. Nümunəvi dərslər və dərs dinləmələrin hesabatı.

6. Cari, gündəlik məsələlər.

Məktəbə yeni təyin olunmuş təlim-tərbiyə işləri üzrə direktor müavini pedaqoji heyətə təqdim olundu. Daha sonra IX və XI sinif buraxılış imtahanlarında 200 və yuxarı bal toplayan şagirdlər məktəb tərəfindən təltif edildi, müəllimlərin şikayət və təklifləri dinlənilərək atılacaq addımlar müəyyənləşdirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi