Texnologiya fənnindən nümunəvi dərs keçirildi

  27 dekabr 2023-cü il tarixində 7a sinfində texnologiya fənnindən “Elektrik çaydanı” mövzusunda (müəllim Rəcəbova Könül) nümunəvi dərs keçirildi. Dərsin məqsədi elektrik çaydanının iş prinsipini araşdırmaq və elektrik çaydanını dövrəyə qoşub ona xidmət göstərməkdən ibarət idi. Müəllim dərsdə əyani vəsaitlərdən- alüminium çaydan, samovar, elektrik çaydanı , dəm çaydanlarından , müxtəlif elektron resurslardan istifadə etdi. Qiymətləndirmə meyarları şagirdlərin nəzərinə çatdırıldı. Əvvəlki mövzu ilə inteqrasiya yaradılıb krassvord yerinə yetirildi. Müəllim çaydanların təkamül prosesi haqqında şagirdlərə məlumat verdi. Qruplar verilən tapşırıqları yerinə yetirdilər. Araşdırma işi elektrik çaydanının iş prinsipi, çaydanın ərpinin təmizlləmə üsulları, təhlükəsizlik qaydalarına aid idi. Yaradıcı tətbiqetmə mərhələsində şagirdlər elektrik çaydanını işə salıb çay dəmlədilər. Ev tapşırığı Vodvolda oyun testi yerinə yetirmək oldu. Dərsdə şagirdlər çox aktiv iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi