Vulkan püskürməsi haqqında praktik dərs

25.12.2023 cü il tarixdə məktəbin coğrafiya müəllimi Əliyeva Günay 3 Ç sinfində Azərbaycan dili fənnindən "Təbii fəlakətlər" bölməsinə aid olan Vulkan püskürməsi haqqında praktik dərs nümayiş etdirdi. Şagirdlərə mövzu ilə bağlı slayd nümayiş etdirildi, məlumatlar verildi. Sonda isə əvvəlcədən yuxarı sinif şagirdlərinin hazırladıqları maket üzərində xüsusi maddələr əsasında vulkan püskürməsi həyata keçirildi. Dərs şagirdlərin marağı ilə qarşılandı.