“Susma, səsini eşitdir!” layihəsinin bağlanış tədbiri keçirildi

   26.12.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” layihəsinin bağlanış tədbiri keçirildi.

     Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Vəliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Sabunçu rayon bələdiyyələrinin nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Bakı şəhəri üzrə tam orta məktəblərin direktorları, psixoloqları, müəllim və şagird heyəti iştirak edirdilər.

     Tədbir ilk olaraq rayon məktəblilərin mövzu ətrafında hazırladıqları rəsm əsərlərinə baxış ilə başlandı. Daha sonra rayon məktəblilərinin ifasında məişət zorakılığı, uşaq evliliyi, təhsildən yayınma halları və onların fəsadları mövzuları ətrafında tamaşalar, musiqi nömrələri və videoçarx nümayiş etdirildi. Tədbirdə Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin musiqi müəllimi Afət Orucovanın rəhbərliyi ilə "Ulduzlar" xor kollektivi də çıxış edərək "Hayat bayram olsa" nəğməsini ifa etdilər. 

     Tədbirin sonunda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Vəliyeva bildirdi ki, cari ilin on ayı ərzində rayonun bütün qəsəbə və məktəblərini əhatə edən layihənin məqsədi məktəblilər və onların timsalında valideynlər arasında məişət zorakılığının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin gücləndirilməsi, zorakılıq qurbanlarının aşkar edilməsi və profilaktik tədbirlərin aparılmasıdır. Layihənin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirən R.Vəliyeva bu kimi sosial layihələrin gələcəkdə də davam edəcəyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi