" Bir fransız turistinin məktubu " mövzusunda nümunəvi dərs

  Məktəbin fransız dili müəllimi Kamal Sevda 7- ci sinif şagirdləri ilə " Bir fransız turistinin məktubu " mövzusunda nümunəvi ( fəal interaktiv) dərs keçirtdi. Dərsin məqsədi şagirdlərdə dünya görüşünün genişləndirilməsi idi. Motivasiya mərhələsində şagirdlərə naməlum öz yaşıdını tanıtmaq məqsədilə müəllim tərəfindən sinifdə şərti poçt qutusu yerləşdirilir. Şagirdlər hər biri öz növbəsində bu qutudan zərflər çıxarır. Artıq bu mərhələdən şagirdlərdə maraq oyanır ve idrak fəallığı başlayır. Şagirdlər ixtiyarlarına verilmiş 5 dəq ərzində məktubun məzmunu anlamağa çalışır. Sonra fasilitativ rol oynayan əyani vəsaitlər üzərində məktubun mətnində rast gəlinən naməlum sözlər tapılır. Burda şagirdlərin zaman zərflərini tapması üçün diqqətləri məktubda qeyd edilmiş tarixlər ve digər detallar üzərində də cəmləsmisdi. 

Sonda rəsm, texnologiya ve musiqi dərslərinə inteqrasiya edilərək fransız musiqisi sədaları altında şagirdlərə Fransanın ən çox görməli yerlərinin rəsmlərini vərəqlərdə əks etdirmək tapşırılır. Həmçinin şagirdlər digər tapşırığa əsasən Eyfel qülləsinin maketini düzəldir. Ev tapşırığı qismində şagirdlərə bir azərbaycanlı turist olaraq fransız şagirdlərə Paris təəssüratlarina dair məktub yazmaq tapşırılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi