Gənc rəssamın fərdi sərgisi təşkil edildi

  Məktəbimizin VII a sinif şagirdi Abasova Aliyənin rəsm işlərindən ibarət fərdi sərgisi təşkil edilib. Aliyə kiçik yaşlarından rəsmə xüsusi maraq göstərir, boş zamanlarında müxtəlif texnikalarda sərbəst kompozisiyalar təsvir edir. İstedadlı şagirdimiz dəfələrlə rəsm müsabiqələri və sərgilərinə qatılmışdır. "Xatirələrdə qalan oyuncaqlar", "Azərbaycanım" "2 fevral Gənclər günü" "Sığorta uşaqların gözü ilə" və s. yerli müsabiqələrdə sertifikat, Rusiyada keçirilmiş "Мы и коты" adlı beynəlxalq müsabiqədə isə diplomla təltif edilmişdir.

Təsviri incəsənət müəllimi Pənahova Aybəniz qeyd edib ki, Aliyənin rəsmləri məktəb kollektivi tərəfindən yüksək qiymətləndirilmiş, dəfələrlə təşəkkürnamə təqdim edilmişdir.

Sərgi məktəb foyesində daimi olaraq nümayiş olunacaq. Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi