"Buterbrodların hazırlanma texnologiyası" mövzusunda praktik dərs nümunəsi keçirilib
Texnologiya müəllimi Pənahova Aybənizin rəhbərliyi ilə 5a sinfində "Buterbrodların hazırlanma texnologiyası" mövzusunda praktik dərs keçirilib.
Qruplar şəklində təşkil olunan dərsdə şagirdlər müxtəlif buterbrod növlərini əyani şəkildə hazırlayıblar. İş zamanı əməkdaşlıq nümayiş etdirən uşaqlar, eyni zamanda sanitar gigiyena və təhlükəsiz qaydalarına da əməl ediblər. Dərsin sonunda meyarlara əsasən qiymətləndirmə aparılıb.