Yay məktəbində "Əylənək və öyrənək" adlı yarışma keçirildi

     Yay məktəbində 8-ci sinif şagirdləri ilə " Əylənək və öyrənək" adlı yarışma keçirildi. Yarışmanın təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Natavan Əliyeva uşaqlara müxtəlif mövzularda suallar: Nizami Gəncəvi 880, məntiq, qrammatika, bədii filmlərdən sitatlar təqdim etdi. Yarışma "Zəfər", "Qələbə", "Tarix" komandalarından ibarət idi. Hər komanda təqdim olunan suallara cavab verərərək öz bilik və istedadlarını nümayiş etdirdilər. Uşaqların marağına səbəb olan yarışmanın sonunda komandalara sertifikatlar təqdim olundu və musiqi müəllimi Afət Orucovanın rəhbərliyi ilə məktəbin xor kollektivinin ifasında "Ana dilim" nəğməsi ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi